Qurban Qurbanov reklama çəkildi

“Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov reklama çəkilib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Qurbanov Ağdam təmsilçisinin sponsorlarından olan avtomobil brendi FAW-ın reklam çarxında iştirak edib. 49 yaxşı mütəxəssis “HongQi HS5” modelinin reklamında rol alıb.

“Qarabağ” klubu bu ilin aprelində FAW Azərbaycan brendi ilə əməkdaşlığa başlayıb.