“Qarabağ” yeni transferini rəsmən açıqladı

“Qarabağ” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi Kadi Yuri Borqes Malinovskini heyətinə qatıb. 25 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Kadi “Qarabağ”da 20 nömrəli formada çıxış edəcək. Braziliyalı yarımmüdafiəçinin son klubu Portuqaliyanın 2-ci liqa təmsilçisi “Vilafranquens” olub.