“Qarabağ” “Legiya” ilə oyun üçün 23 futbolçu sifariş etdi SİYAHI

“Qarabağ” Avropa Liqasının pley-off mərhələsi çərçivəsində qarşılaşacağı Polşanın “Legiya” klubu ilə oyun üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.

Komanda.az xəbər verir ki, Ağdam klubunun iştirak ərizəsində 23 futbolçu yer alıb. Onlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 9-u yarımmüdafiəçi, 3-ü isə hücumçudur.

“Legiya” – “Qarabağ” matçı oktyabrın 1-də keçiriləcək və saat 22:00-da start götürəcək.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 94. Ayhan Arazlı;

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev (k), 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 27. Patrik Andrade, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 27. Toral Bayramov, 77. Donald Gerye;

Hücumçular: 11. Mahir Emreli, 7. Ovusu Kvabena, 22. Musa Qurbanlı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button