“Qarabağ” Romeronun qardaşını da aldı

“Qarabağ” klubu əvəzedici komandası üçün heyətinə yeni futbolçu qatıb.

Komanda.az xəbər verir ki, Ağdam təmsilçisi bu yay transfer etdiyi Xayme Romeronun qardaşı Daniel Romeronu da heyətinə cəlb edib. 23 yaşlı hücumçu “Qarabağ-2”-nin formasını geyinəcək.

Daniel Romero “Qarabağ”ın 1-ci divizionun 3-cü turu çərçivəsində “Zirə” ilə qarşılaşdığı oyunu (7:1) ehtiyat oyunçular skamyasından izləyib.

“Qarabağ” Xayme Romeronu İspaniyanın “Kordoba” klubundan transfer edib. 29 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button