“Qarabağ” kimi böyük kluba qoşulduğum üçün çox xoşbəxtəm”

“Qarabağ”ın yeni transferi Yassin Benzya Ağdam klubuna transferi ilə bağlı təəssüratlarını bölüşüb.

Komanda.az xəbər verir ki, əlcəzairli hücumameyilli yarımmüdafiəçi sosial şəbəkə hesabındakı paylaşımında bunları qeyd edib:

“Qarabağ” kimi böyük komandaya qoşulduğum üçün çox xoşbəxtəm. Oynamağa başlamaq üçün səbirsizlənirəm”.

Xatırladaq ki, Fransanın “Dijon” klubundan transfer edilən 29 yaşlı vingerlə 2025-cı il iyunun 30-dək müqavilə imzalanıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button