“Qarabağ” Geryenin transferini rəsmən açıqladı

“Qarabağ” klubu keçmiş futbolçusu Donald Geryeni transfer edib.

Komanda.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi “facebook” hesabı məlumat yayıb. Geryenin transferinin detalları isə hələ açıqlanmayıb.

Donald Gerye 2017-2019-cu illər ərzində də “Qarabağ”da çıxış edib. O, Ağdam təmsilçisindən ayrıldıqdan sonra “Neftçi”yə keçmişdi. Gerye “Qarabağ”la ikiqat Azərbaycan çempionu (2018, 2019) olub.