“Qarabağ”dan tarixi zəfər!

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində sonuncu oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Azərbaycan çempionu Bakıda İsveçin “Hakken” klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də start götürüb.

“Qarabağ” qalib gələcəyi təqdirdə digər oyunun nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə Avropa Liqasının pley-offuna yüksələcəkdi. Üç qolun qeydə alındığı qarşılaşma Ağdam klubunun tarixi zəfəriylə yekunlaşıb.

H qrupunun digər görüşündə “Bayer” Almaniyada Norveç “Molde”sini sınağa çəkib. Leverkuzen təmsilçisi 5:1 hesablı qələbəyə sevinib.

Beləliklə, “Bayer” 18 xalla birinci, “Qarabağ” 10 xalla ikinci olub. 7 xala malik “Molde” üçüncü sırada qalıb. “Hakken”in isə qrup mərhələsini xalsız bitirib.

UEFA Avropa Liqası, 6-cı tur

14 dekabr

Qarabağ – Hakken 2:1
Qollar: Leandro Andrade, 1. Yassin Benzya, 45+4 – Bədavi Hüseynov, 90+4-öz qapısına.
Baş hakim: Yucin Caya (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Qarabağ: 99. Andrey Lunyov, 6. Julio Romao, 7. Yassin Benzya, 8. Marko Yankoviç, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k).
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Mateus Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 17. Hamidu Keyta, 19. Redon Cica, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 30. Abbas Hüseynov,  66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Hakken: 26. Peter Abrahamson, 4. Ayham Usu, 5. Even Hovland, 10. Ali Yussef, 11. Samuel Qustafson (k), 13. Simon Sandberq, 17. Eduard Çilufya, 18. Mikkel Riqaard, 21. Tomas Totland, 23. Mamadu Sonko, 27. Romeo Amane.
Ehtiyat oyunçular: 1. Yohan Brattberq, 30. Sebastyan Banoziç, 8. Abdulrazaq İshaq, 16. Pontus Dabho, 19. Srcan Hrstiç, 25. Abdulaye Faye, 33. Con Pol Dembe, 35. Siqqe Yansson.
Baş məşqçi: Per Matias Hoqmo.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button