“Qarabağ” – “Ferentsvaroş”: Bilet satışında son durum

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Bakıda Macarıstanın “Ferentsvaroş” komandası ilə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı məlum olub.

Klubun mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, oyun üçün 28 min bilet satılıb. 

“Qarabağ”ın “Ferentsvaroş”la ilk oyunu avqustun 3-də Bakıda, cavab matçı ayın 9-da Budapeştdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button