“Qarabağ” hər kəsi təəccübləndirməyə davam edir”

Türkiyə milli komandasının sabiq hücumçusu Nihat Kahveci UEFA Çempionlar Liqasının 7-ci turunda “Qarabağ”ın Bakıda “Ayntraxt” (Frankfurt) üzərindəki 3:2 hesablı qələbəsini şərh edib.

Komanda.az xəbər verir ki, Kahveci, Ağdam klubu ilə yanaşı, “Qalatasaray”ın göstərdiyi nəticə barədə bunları deyib:

“Bravo, “Qarabağ”. Onları təbrik edirəm. “Qarabağ” hər kəsi təəccübləndirməyə davam edir. Belə performans alqışlara layiqdir. “Qarabağ”a uğurlar. “Qalatasaray” və “Qarabağ”ın artıq 10 xalı var. Möhtəşəm performansdır, hər iki klubumuz çox güclüdür. Əminəm ki, hər ikisi irəliləyəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button