“Qarabağ” gücümüz çatmayacaq rəqib deyil”

“Rakov” klubunun Müşahidə Şurasının rəhbəri Voytsex Tsıqan UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Komanda.az xəbər verir ki, “goal.pl” portalına danışan klub rəsmisi “Qarabağ”la mümkün oyunlar haqda fikirlərini bildirib:

“Kimsə deyə bilər ki, “Qarabağ” Polşa komandalarını təqib edir. Altı ay əvvəl bu komanda ilə Türkiyədə görüşmək imkanımız oldu və 3:0 hesabı ilə qalib gəldik. Birinci mərhələdə “Flora” ilə matçdan daha ciddi çağırış olacaq. Bununla belə, ən önəmlisi meydanda baş verənlərdir. “Qarabağ” gücümüz çatmayacaq rəqib deyil. Amma hələlik Çempionlar Liqasının birinci mərhələsindəki rəqibimizə diqqət yetirəcəyik. Bu, indi ən vacib şeydir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button