“Qarabağ”ın legioneri rəsmən Türkiyə klubunda

“Qarabağ” futbolçusu Kvabena Ovusunu Türkiyənin “Ankaragücü” klubuna icarəyə verib.

Komanda.az xəbər verir ki, 24 yaşlı vinger Ankara təmsilçisi ilə 1 illik icarə müqaviləsi imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Ankaragücü” 2021/22 mövsümündə Türkiyə 1-ci liqasında mübarizə aparacaq.

Ovusu 2019-cu ildən “Qarabağ”da çıxış edir. O, Ağdam təmsilçisində 44 oyuna 9 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button