Təxribat, “qırmızı”… və “Qarabağ” ilk qələbəsini darmadağınla qazandı

Bu gün Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan təmsilçisi “Qarabağ” da növbəti oyununa çıxıb. “Köhlən atlar” səfərdə Lüksemburqun “Düdelanj” klubunun qonağı olub. “Josi Bartel” stadionunda keçirilən görüşdə qeydə alınan təxribata, 20 dəqiqəlik fasiləyə baxmayaraq, Ağdam klubu bu oyunda darmadağına sevinib.

Qrupun digər oyununda “Sevilya” APOEL-i qəbul edib və minimal hesabla üstün olub.

“Qarabağ” ilk turda “Sevilya”ya məğlub olub (0:3), “Düdelanj” isə səfərdə APOEL-ə qalib gəlib (4:3).

Avropa Liqası, qrup mərhələsi, 2-ci tur

3 oktyabr

A qrupu

Düdelanj (Lüksemburq) – Qarabağ 1:4
Qol: Antuan Bernye, 90 – Abdullah Zubir, 11. Miçel, 30. Riçard Almeyda, 37-pen. Dani Kintana, 69.
Qırmızı vərəqə: Mişel Qaros, 62.
Baş hakim: Con Biton (Şotlandiya).

Düdelanj: 1. Conatan Juber (k), 5. Tom Şnell, 8. Mario Pokar, 9. Danel Sinani, 16. Tibo Leskua, 20. Mişel Qaros, 22. Antuan Bernye, 23. Rayan Klapp, 34. Məhəmməd Buşuari, 77. Sabir Buqren, 98. Loran Mendi.
Ehtiyat oyunçular: 30. Tim Kips, 4. Kobe Kools, 13. Omar Natami, 24. Mehdi Kirş, 26. Korentin Lavye, 27. Adel Bettayeb, 28. Şarl Morren.
Baş məşqçi: Bertrand Krasson.
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 26. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.

Sevilya (İspaniya) – APOEL (Kipr) 1:0
Qol: Çiçarito, 18.
Baş hakim: Bas Neyheys (Hollandiya)

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button