
“Qarabağ” da çox yaxşı oynadı” – Fred Qrim
“Ayaks”ın baş məşqçisi Fred Qrim UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri səfər oyunu haqda danışıb.
Komanda.az xəbər verir ki, o, 4:2 hesablı qələbəni belə şərh edib:
“Çox gözəl oyun oldu. Qarşı tərəfin də qolları çox gözəl idi. Fasilədən sonra yaxşı oynamağa çalışdıq. İki qol vurmaq bizim üçün mental cəhətdən çətin idi.
Məncə, bu uğurda əsas amil ilk növbədə komandanın yaxşı təşkilatlanması idi. Buna görə də istədiyimiz nəticəni əldə edə bildik. Əsas bizim necə oynamağımız idi, hər şey formatdan asılı idi. İstədiyimiz formatı göstərə bildik. Çətin oyun oldu, lakin istədiyimiz nəticəni əldə etdik. Çox sevinirəm ki, biz bunun öhdəsindən gələ bildik. Bu nəticədən çox məmnunam. Qarşı tərəf də çox yaxşı oynayırdı.
Bu oyundan sonra özgüvənimiz artacaq. İstəyimiz bu nəticənin davamını gətirməkdir.
Bu qələbəni çox böyük sevinclə qarşıladıq. Azarkeşlər də bizə çox dəstək oldular”.
Nəzrin
Bizi Facebook-da izləyin



