“Qarabağ” dəyəri 2,5 milyon avro olan hücumçu transfer edir

Kamilo Duranı heyətinə cəlb edən “Qarabağ” daha bir transferi tamamlamağa yaxındır.

Komanda.az xəbər verir ki, Fransanın “Loryan” klubunun hücumçusu Sambu Sumano ilə danışıqlar müsbət nəticələnmək üzrədir.

24 yaşlı futbolçunun “Qarabağ” və “Seltik”in (Şotlandiya) maraq dairəsində olduğu bildirilirdi. Şotlandlardan fərqli olaraq, Azərbaycan çempionu daha cəld tərpənərək, qarşı tərəflə danışıqlarda bir çox detalları razılaşdırıb.

“Qarabağ”ın UEFA Çempionlar Liqasının liqa mərhələsinə vəsiqə qazanmağa yaxın olması da Sambunun qərarına öz təsirini göstərib. “Köhlən atlar” avqustun sonuna qədər transferi rəsmiləşdirmək niyyətindədir.

Sumanonun “Loryan”la müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.

Futbolçunun “transfermarkt”da dəyəri 2,5 milyon avro göstərilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button