“Qarabağ” Cica üçün nə qədər pul ödəyib?

“Qarabağ” klubunun yeni transferi Redon Cicaya görə Albaniya “Tirana”sına ödədiyi məbləğ məlum olub.

Komanda.az xəbər verir ki, bu barədə “transfermarkt”-da məlumat yer alıb. “Transfermarkt”-a görə, Ağdam klubu 25 yaşlı hücumçu üçün yarım milyon avrodan çox xərc çəkib.

Məlumatda bildirilir ki, Albaniya millisinin üzvünün transferi “köhlən atlar”a 550 min avroya başa gəlib.

Cica “Qarabağ”la 3,5 illik müqavilə bağlayıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button