“Qarabağ”dan “Linkoln” üzərində əzmkar qələbə

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə ilk oyununa çıxıb.

Komanda.az xəbər verir ki, “köhlən atlar” 1-ci təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqdə “Linkoln”un qonağı olub. “Viktoriya” stadionunda keçirilən oyunda Azərbaycan çempionu əzmkar qələbəyə sevinib.

Bu komandalar arasında cavab görüşü iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi 2-ci təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.

Çempionlar Liqası, 1-ci təsnifat mərhələsi
İlk oyun

11 iyul

Linkoln – Qarabağ 1:2
Qol: K.Qomes, 25 – R.Cica, 58. Y.Benzia, 90+4.
Hakimlər: Vitali Spasennikov, Raymonds Tatriks, Arturs Sakurovs Aleksandrs Anufriyevs (hamısı Latviya)
“Viktoriya” stadionu.

Linkoln: 23. Deyl Kolinq, 5. İbrahim Ayu, 24. Con Sarcent, 6. Bernardo Lopes (k), 21. Nano, 88. Mandi, 20. Mustafa Yahaya, 66. İtan Britto, 10. Liam Uoker, 9. Kike Qomes, 11. Xuampe
Ehtiyat oyunçular: 1. Nauset Santana, 13. İvan Villanueva, 4. Samson Ajayi, 7. Li Kasyaro, 19. Xuan Penya, 29. Li Çipolina, 31. Conatan Şortino, 33. Djumaney Börnet, 77. Kayl Klinton, 99. Santi Luke.
Baş məşqçi: Xavi Munyos.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev (k), 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 99. Redon Cica, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 7. Yassin Benzia, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 20. Riçard Almeyda, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button