Konfrans Liqası: “Qarabağ” növbəti mərhələdə!

“Qarabağ” bu gün Konfrans Liqasında növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 2-ci mərhələnin cavab oyunu çərçivəsində İsraildə “Aşdod”la qarşılaşıb.

“Qarabağ” “Aşdod”la Bakıda keçirilən matçda 0:0 hesablı heç-heçə etmişdi. Cavab görüşündə minimal hesabla qalib gələn Ağdam klubu növbəti mərhələyə vəsiqə qazanıb.

Konfrans Liqası, 2-ci mərhələ, cavab oyunları

29 iyul

Aşdod (İsrail) – Qarabağ 0:1
Qol: F.Ozobiç, 6.
Baş hakim:
Novak Simoviç (Serbiya)
İlk oyun 0:0

Aşdod: 1. Yoav Jarafi, 3. Gil Kohen, 5. Nenad Çvetkoviç, 6. Feras Abu Akal, 10. Mussa Baqayoko, 13. Montari Kamaheni, 15. Tom Ben Zaken (k), 23. Martin Rainov, 26. Abdul Muqesse Zakariya, 77. Yakov Brihon, 99. Oz Bilevi.
Ehtiyat oyunçular: 90. Roi Mişpati, 9. Şalev Haroş, 11. Lior Einbrom, 12. Bar Netanel, 14. Yoni Sisay, 16. Zohar Zasano, 17. Stav Yizhaq Toriel, 18. Guy Dahan, 30. Navaf Bzeya, 55. Naor Sabaq, 66. Nir Migel Hassan.
Baş məşqçi: Ran Ben Şimon.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 19. Filip Ozobiç, 27. Tural Bayramov, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayhan Arazlı, 18. İsmayıl İbrahimli, 20. Kadi Malinovski, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.