“Qarabağ” darmadağınla başladı

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, “köhlən atlar”ın rəqibi Rumıniya “Botoşani”si olub.

Kössen stadionunda keçirilən oyun Azərbaycan çempionu üçün uğurlu alınıb. Qurban Qurbanovun yetirmələri ilk sınaq matçında 4 cavabsız qola seviniblər.

Növbəti oyunlar iyunun 29-da olacaq. “Qarabağ” həmin gün Almaniyanın “Holştayn Kil” və Rumıniyanın “Universitatya” (Krayova) komandaları ilə üz-üzə gələcək.

Yoxlama oyunu
25 iyun

Qarabağ – Botoşani
4:0
Qol: K.Borges, 11. M.Veşoviç, 15. İ.Vadji, 40; 58.
Kössen stadionu

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5 Maksim Medvedev, 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.