“Sumqayıt”la oyun “Qarabağ”ın tarixinə düşdü

“Qarabağ” Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sumqayıt”ı 4:1 hesabı ilə məğlub edib.

Komanda.az xəbər verir ki, bu, Ağdam təmsilçisinin tarixinə evdə 75-ci böyükhesablı qələbə kimi düşüb. “Qarabağ”ın öz meydanındakı ilk belə qələbəsi 1992-ci il mayın 6-da qeydə alınıb. Həmin gün ağdamlılar Kürdəmir “Şirvan”ını 6:0 hesabı ilə məğlub edib.

8 qat ölkə çempionunun ən böyük fərqlə qalib gəldiyi ev oyunlarında isə 7:0 hesabı qeydə alınıb. “Qarabağ” 1995/96 mövsümündə “Pambıqçı”nın (Neftçala), 2003/04 mövsümündə isə “Ədliyyə”nin qapısına 7 cavabsız qol vurub.

Cari mövsümdə 7-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gələn “Qarabağ” ümumilikdə 112-ci belə uğuruna imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button