“Qarabağ” Avropaya sürpriz etmək istəyir” – Tahir Gözəl

“Gözəl oyun oldu, yaxşı nəticə qazandıq. Bilirsiniz, 70-ci dəqiqəyədək “Bayer”ə qarşı 2:0 hesabı ilə öndə olmaq Avropada rekord qırmaqdır. Çünki bilirsiz ki, “Bayer” bu gün Avropanın ən güclü klubudur”.

Komanda.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının qrup mərhələsinin 1/8 finalının Bakıdakı ilk oyununda “Bayer”lə heç-heçə etməkləri (2:2) barədə danışarkən söyləyib. O, bu tarixi nəticəni belə şərh edib:

“Qarşımızda “Mançester Siti”ni, “Barselona”nı geridə qoymuş möhtəşəm bir klub vardı. Bir tarix yaşadıq. Mən yenə də möhtəşəm nailiyyət qazanan Qurban Qurbanova, meydana canını qoyan futbolçularıma, əzmkar azarkeşlərə və xalqıma çox təşəkkür edirəm. Cənab Prezident bizimlə görüşəndə demişdi ki, mən sizi qalib hesab edirəm. Bu qələbənin bünövrəsi o zaman atıldı. Mən çox xoşbəxtəm ki, ölkəmizi qürurlandırdıq. Artıq hər kəs bilir ki, “Qarabağ” Azərbaycandır. Biz buna layiqik. Bizi heç kim susdura bilməz. Biz davam edəcəyik. Mən bir çıxış etmişdim. Demişdim ki, “Qarabağ” Avropaya sürpriz etmək istəyir. Bizim arzumuz budur. Hesab edirəm ki, bu gün o sürprizi etdik. Tam istədiyimiz alınmasa da, mən hər iki komandanı təbrik edirəm. Möhtəşəm bir oyun idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button