Qurban Qurbanov üçün 100-cü oyun

“Qarabağ” Avropa Lqiasının qrup mərhələsinin 2-ci turunda “Düdelanj”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, sözügedən səfər qarşılaşması Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq. Bu barədə “Qarabağ”ın rəsmi “facebook” səhifəsi məlumat yayıb.

“Düdelanj”la matç, Qurban Qurbanovun “köhlən atlar”la 100-cü avrokubok oyunu olacaq.

Oktyabrın 3-də keçiriləcək “Düdelanj” – “Qarabağ” görüşü saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button