“Qarabağ” Avroliqanın qrup mərhələsi üçün 23 futbolçu sifariş etdi

“Qarabağ”ın futbol üzrə Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsi açıqlanıb.

Komanda.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Qurban Qurbanov qrup mərhələsində xidmətindən yararlanacağı futbolçuları müəyyənləşdirib.

Azərbaycan çempionunun heyətində pley-offun oyunu ilə müqayisədə heç bir yenilik olmayıb. Komandanın iştirak ərizəsində ümumilikdə 23 futbolçu – 3 qapıçı, 9 müdafiəçi, 8 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 94. Ayxan Arazlı;

Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 81. Kevin Medina;

Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 27. Tural Bayramov;

Hücumçular: 7. Ovusu Kvabena, 11. Mahir Emreli, 22. Musa Qurbanlı.

“Qarabağ” İ qrupunda “Vilyarreal” (İspaniya), “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor”la (Türkiyə) mübarizə aparacaq. Ağdam təmsilçisi ilk matçını oktyabrın 22-də səfərdə “Makkabi”yə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button