APOEL – “Qarabağ”ın kabusu: Əlvida, növbəti mərhələ?

Bu gün Avropa Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” da A qrupunda növbəti oyununa çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Kiprdə APOEL-lə qarşılaşıb. Matçda hesabı Ağdam klubu açıb. Amma meydan sahibləri ikinci hissədə iki qol vurmaqla əzmkar qələbəyə seviniblər.

Qrupun digər oyununda “Sevilya” səfərdə “Düdelanj”ln qonağı olub və darmadağınla qalib gəlib.

Avropa Liqası, qrup mərhələsi, 4-cü tur

7 noyabr

A qrupu

APOEL (Kipr) – Qarabağ 2:1
Qol: Lukas Souza, 59. George Efrem, 88 – Maksim Medvedev, 10.
Baş hakim:
Manuel Şüttenqruber (Avstriya)

APOEL: 27. Vid Belets, 6. Savvas Gentsoqlu, 8. Lukas Souza, 9. Linus Hallenius, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 23. Joazinyo, 29. Praxitelis Vouros, 44. Nikolas Yoannu (k), 90. Vuyadin Saviç, 91. Draqan Mihayloviç.
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 7. George Efrem, 11. Musa Süleyman, 30. Giorgos Merkis, 46. Statis Aloneftis, 89. Roman Bezyak, 95. Alef.
Baş məşqçi: Tomas Doll.
Qarabağ: 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 7. Araz Abdullayev, 8. Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdulay Zubir, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 21. Hacıağa Hacıyev, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye.
Baş məşqçi: Qurban Qurbanov.

Düdelanj (Lüksemburq) – Sevilya (İspaniya) 2:5
Qol: Sinani, 69; 80 – Dabbur, 18; 36. Əl Haddadi, 27; 33; 67.
Baş hakim:
Vilhyamur Torarinsson (İslandiya)