“Qarabağ” Antalyada ilk məşqə, legioneri sıradan çıxdı

Bu gün səhər saatlarında qış təlim-məşq toplanışının ikinci yarısı üçün Bakı – Antalya reysiylə Türkiyəyə yollanan “Qarabağ” qonşu ölkədə ilk məşqə çıxıb.

Komanda.az xəbər verir ki, futbolçular yerli vaxtla saat 17:30-da (Bakı vaxtıyla 18:30) hazırlığa start verib.

Fiziki hazırlıq və toplu çalışmalardan ibarət olan məşq təxminən 45 dəqiqə davam edib. Dünənki məşqdə zədələnən Dani Kintana hazırlıq prosesində yer almayıb.

“Qarabağ” sabah iki məşqlə təlim-məşq toplanışını davam etdirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button