“Qarabağ” Andradenin gedişini rəsmən açıqladı

“Qarabağ” yarımmüdafiəçisi Patrik Andrade ilə yollarını ayırdığını rəsmən açıqlayıb.

Komanda.az xəbər verir ki, Ağdam klubu Kabo Verde yığmasının üzvü olan futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və uğurlar arzulayıb.

Yeri gəlmişkən, Patrik Serbiyanın “Partizan” klubuna transfer olunub. O, 29 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb. Andrade yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Yarımmüdafiəçi 2020-ci ildən “Qarabağ”da çıxış edirdi.