
“Qarabağ” 70 min manatdan çox cərimələndi, futbolçusuna 8 oyunluq cəza verildi!
“Qarabağ”ın futbolçusu Marko Yankoviç 8 oyunluq cəza alıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Ağdam təmsilçisi ilə böyük məbləğdə cərimələnib.
Bizon Azərbaycan kubokunda 1/2 finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ”ın futbolçusu Marko Yankoviç hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığına, dəhlizdə hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə, hakimə hədə-qorxu gəldiyinə görə 8 oyunluq cəzalanıb, “Qarabağ” isə 25500 manat cərimə edilib.
“Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Sabah” 700 manat cərimə edilib.
“Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sabah” 2000 manat cərimə ediib.
“Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasının azarkeşləri olan hissədən meydançaya kənar şəxs daxil olduğuna görə “Sabah” 6500 manat cərimə edilib.
22 aprel 2026-cı il tarixində Bizon Azərbaycan Kubokunda ½ finalın cavab qarşılaşması olan “Sabah” – “Qarabağ” oyununda “Sabah” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sabah” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);
“Sabah” – “Qarabağ” oyununun 37-ci dəqiqəsində “Qarabağ”ın qapıçısı Mateus Koxalski rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Qarabağ” 1000 manat cərimə edilib.
Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Qarabağ” 2000 manat cərimə edilib.
“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən dəfələrlə pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” 7000 manat cərimə edilib.
“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” 8000 manat cərimə edilib.
“Sabah” – “Qarabağ” oyununda “Qarabağ” komandasının azarkeşlərinin olduğu sektorda zərər və dağıntı törədildiyinə görə “Qarabağ” 5000 manat cərimə edilib. Stadionda sındırılmış 70 ədəd oturacağa görə dəymiş zərər “Qarabağ” tərəfindən qarşılanacaq.
“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” komandasının məşqçisi Hüseyn Seyidov hakimə fiziki təzyiq göstərməyə çalışdığına, onu təhqir etdiyinə görə 6 oyunluq cəzalanıb, “Qarabağ” 18000 manat cərimə edilib.
“Sabah” – “Qarabağ” oyunu bitdikdən sonra “Qarabağ” komandasının əməkdaşı İlqar Şamilov oyunun rəsmi şəxsinə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyunıuq cəzalanıb, “Qarabağ” 8000 manat cərimə edilib.
Bizi Facebook-da izləyin



