“Qarabağ” 3-cü səbətdə!

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.

Komanda.az xəbər verir ki, tədbir Monakoda baş tutacaq.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə 48 klub 12 qrupa bölünəcək. Bu komandalardan 21-i Avropa Liqasında pley-off mərhələsinin qalibidi. Çempionlar Liqasının 10 uğursuzu, həmçinin birbaşa qrupdan mübarizəyə başlayacaq 17 klubun da püşkatmada rəqibi dəqiqləşəcək.

Azərbaycan çempionu “Qarabağ” da avrokuboklarda 6-cı, Avropa Liqasında 5-ci dəfə əsas mərhələdə çıxış edəcək. Çempionlar Liqasında Albaniya “Partizani”si (0:0, 2:0) və İrlandiya “Dandolk”unu (1:1, 3:0) mübarizədən kənarlaşdırıb Kipr APOEL-inə uduzan (2:1, 0:2) Qurban Qurbanovun yetirmələri Avropa Liqasına keçib. Azərbaycan çempionu burada Şimali İrlandiya “Linfild”ini səfər qolu ilə yarışdan kənarlaşdırıb – 2:3, 2:1.

Püşkatmadan öncə komandalar reytinqinə görə səbətlərə bölünüb. “Qarabağ” əmsalına əsasən 3-cü səbətə düşüb.

Qeyd edək ki, qrup mərhələsinin oyun günləri də bəllidir. Sentyabrın 19-da başlayacaq qrup matçları dekabrın 12-də yekunlaşacaq.

Avropa Liqası
Qrup mərhələsi

1-ci səbət
Sevilya (İspaniya)
Arsenal (İngiltərə)
Portu (Portuqaliya)
Roma (İtaliya)
Mançester Yunayted (İngiltərə)
Dinamo (Kiyev, Ukrayna)
Beşiktaş (Türkiyə)
Bazel (İsveçrə)
Sportinq (Portuqaliya)
ÇSKA (Moskva, Rusiya)
Volfsburq (Almaniya)
Latsio (İtaliya)

2-ci səbət
PSV (Hollandiya)
Krasnodar (Rusiya)
Seltik (Şotlandiya)
Kopenhagen (Danimarka)
Braqa (Portuqaliya)
Gent (Belçika)
Borussiya (Münhenqladbax, Almaniya)
Astana (Qazaxıstan)
Yanq Boyz (İsveçrə)
Lüdoqorets (Bolqarıstan)
APOEL (Kipr)
Ayntraxt (Almaniya)

3-cü səbət
Sent-Etyenn (Fransa)
Qarabağ (Azərbaycan)
Feyenoord (Hollandiya)
Xetafe (İspaniya)
Espanyol (İspaniya)
Molde (Norveç)
Partizan (Serbiya)
Standard (Belçika)
Vulverhempton (İngiltərə)
Renn (Fransa)
Rusenborq (Norveç)
Başakşəhər (Türkiyə)

4-cü səbət
Alkmaar (Hollandiya)
Aleksandriya (Ukrayna),
Düdelanj (Lüksemburq)
LASK (Avstriya)
Volfsberq (Avstriya)
Luqano (İsveçrə)
Ferentsvaroş (Macarıstan)
Trabzonspor (Türkiyə)
Slovan (Slovakiya)
ÇFR (Rumıniya)
Vitoriya (Portuqaliya)
Reyncers (Şotlandiya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button