Qan-tər içində, gücənə-gücənə seçki

Mız

Yekə-yekə, bığlı-saqqallı kişilər yığışıb, bu gün AFFA Klublar Komitəsinə yeni sədr seçiblər. Yeni sədr də kim olsa yaxşıdır? 8 komandalı Azərbaycan Premyer Liqasında 7-ci pillədə “lövbər salan” “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev. Həmin Rəfiyev ki, bir müddət əvvəl “menecerlik damarı” tutduğu üçün hansısa rəqiblə oyunda öz komandasının – “Sumqayıt”ın uduzmasına sevindiyini görənlər olmuşdu. Həmin Rəfiyev ki, “Sumqayıt”da forma geyinən, Əmir Ağayev ad-soyadlı israilli futbolçuya onu Azərbaycan milli komandasına “dürtüşdürmək”lə bağlı vəd verib…

İclas üzvlərinin qan-tər içində, gücənə-gücənə, vicdanları qarşısında hesab verə-verə keçirdiyi sorğuda Rəfiyevin neçə səslə sədr seçilməsi də xeyli erotik alınıb. Menecerlikdən klub prezidentliyi postuna pərvaz edən bu cavan oğlan, gərgin, ağır mübarizə şəraitində keçən səsvermədə 3 səs toplayıb! Gülürsüz? Gülməyin, vallah, Rəfiyev 2, hətta 1 səslə də sədr seçilə bilərdi. Yaxşı ki, 1 səslə sədr seçilməyib. Dua edin, naşükür olmayın. Odey, neçə ildir AFFA-nın prezident postuna heç sekçi də keçirilmir, kimin rəhbər postunda oturmalı olduğunu əzbərdən bilirlər.

Mızbaz

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button