Qalmaqallı matçın hakimləri ilə bağlı intizam işi açdı – UEFA

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində Fransada yerli PSJ ilə Türkiyə çempionu “Başakşəhər” arasında keçirilmiş oyunda baş verənlərlə bağlı ilkin qərarını açıqlayıb.

Komanda.az xəbər verri ki, qitə futbol qurumu matçın rumıniyalı hakimləri Sebastyan Koltesku və Oktavian Sovreyə qarşı intizam işi açıb.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. Sözügedən hakimlər UEFA intizam məcəlləsinin 11-ci maddəsi (əsas davranış prinsipləri) ilə ittiham olunurlar.

Lakin onlar barəsində irqçilik ittihamlarını nəzərdə tutan maddə üzrə intizam işi açılmayıb. Halbuki, onların məhz bu maddə ilə ittiham olunacağı gözlənilirdi.

Qeyd edək ki, ötən il dekabrın 8-də Parisdə oynanılan qarşılaşma 14-cü dəqiqədə dayandırılıb. Buna oyunun 4-cü hakimi Koltseskunun “Başakşəhər”in köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub. Növbəti gün qaldığı yerdən davam etdirilən və başqa hakimlərin idarə etdiyi matç PSJ-nin 5:1 hesablı qələbəsi ilə başa çatmışdı.

Sebastyan Koltesku həmin hadisədən sonra iki aya yaxın Rumıniya çempionatının da oyunlarına təyinat almırdı. 43 yaşlı hakim yalnız son turlarda yerli çempionatın matçlarına təyinat almağa başlayıb.