Qalib gəldi, karyerasını bitirdi – Nurməhəmmədov

Yüngül çəkidə mütləq döyüş çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov turnirdəki karyerasını bitirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə Castin Geyci ilə arasındakı görüşdən sonra bildirib. Bu döyüşdən qalib ayrılan Nurməhəmmədov turnirdəki ardıcıl 29-cu qələbəsini qazanıb. O, görüşdən sonra karyerasını bitirməsini bu cür izah edib:

“Bu, mənim son döyüşüm idi. Anama söz vermişəm. O, mənim atam olmadan döyüşməyimi istəmir. Ona bunun son döyüşüm olacağına söz verdim”.