“Qalatasaray”ın oyununa koronavirus əngəli
“Qalatasaray”ın “Eyüpspor”la keçirməli olduğu yoldaşlıq görüşü təxirə salınıb.
Komanda.az xəbər verir ki, bu barədə “Qalatasaray”ın rəsmi saytı məlumat yayıb.
Rəqib komandanın oyunçularından birində koronavirus aşkarlanıb. Bu üzdən də bu gün saat 12:00-a təyin edilən matç baş tutmayıb.
Bunun əvəzində Fatih Terimin komandasının klubun U-19 kollektivi ilə üz-üzə gələcəyi bildirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin