“Türkiyədə belə oynaya bilərsiz, amma Avropada yox” – Terim

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Avropa Liqasının pley-off mərhələsində “Reyncers”ə (Şotlandiya) məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, Terim, 1:2 hesabıyla məğlub olduqları görüşü belə şərh edib:

“Xüsusilə, ilk hissədə daha yaxşı oynadığımızı düşünürəm. İlk hissədəki 5-10 dəqiqəni çıxsaq, oyunun nəzarəti bizdə idi. Bəzi futbolçular gözlədiyim kimi oyun sərgiləmədi. Türkiyədə belə oynaya bilərsiz, amma Avropada yox. Təəssüf ki, heç vaxt etmədiyimiz səhvi 50-60-cı dəqiqələrdə etdik. Düzdür, daha sonra qol vura bildik, amma artıq gec idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button