“Qalatasaray”dan Onyekuru açıqlaması

“Qalatasaray” sabiq yarımmüdafiəçisi Henri Onyekurunu yenidən heyətinə qatmağa qərar verib.

Komanda.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərdə nigeriyalı futbolçunun transferi üçün “Monako” ilə danışıqlara start verildiyini açıqlayıb. İstanbul klubu 23 yaşlı vingeri mövsümün sonuna kimi icarəyə götürəcək. Tezliklə Türkiyəyə gəlib tibbi müayinədən keçəcək futbolçu rəsmi müqaviləyə imza atacaq.

Qeyd edək ki, “Qalatasaray” Onyekurunu üçüncü dəfə heyətinə qatacaq. İlk dəfə 2018/19 mövsümündə “Everton”dan icarəyə götürülən futbolçu, 2020-ci ildə də “Monako”dan icarətə götürülmüşdü. Nigeriya yığmasının üzvü İstanbul təmsilçisində bütövlükdə 56 oyuna çıxıb, 18 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.