“Qalatasaray”dan 24-cü çempionluq!

Türkiyə Super Liqasında 2023/24 mövsümünə yekun vurulub.

Komanda.az xəbər verir ki, sonuncu – 38-ci turun həlledici qarşılaşması “Qalatasaray”la “Konyaspor” komandaları arasında oynanılıb.

Konya səfərində inamlı qələbə qazanan İstanbul təmsilçisi xallarının sayını 102-yə çatdıraraq Super Liqanın çempionu olub.

“Sarı-qırmızılar”ın məğlubiyyətini gözləyən “Fənərbaxça” isə doğma meydanda autsayder “İstanbulspor”u 6 cavabsız qolla məğlub edərək xal ehtiyatını 99-a yüksəldib və gümüş medalla kifayətlənməli olub.

24-cü dəfə Türkiyə çempionu olan “Qalatasaray” bu nəticə ilə bütün rəqiblərini qabaqlayır. “Sarı-qırmızılar”ın çempionluq sayında ən yaxın izləyicisi 19 dəfə bu uğura imza atmış “Fənərbaxça”dır. Bu iki komanda növbəti mövsümdə Türkiyəni Çempionlar Liqasında təmsil edəcək.

67 xalla üçüncü olan “Trabzonspor” Avropa Liqasında mübarizə aparacaq. 61 xalla 4-cü yeri tutan “Başakşəhər”i isə Konfrans Liqasında mübarizə gözləyir. 56 xal toplamış “Kasımpaşa” və “Beşiktaş” 5-6-cı yerləri bölüşürlər.

“İstanbulspor”, “Pendikspor”, “Fatih Karagümrük” və “Ankaragücü” Super Liqanı tərk ediblər. Əvəzində Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” son turda “Rizəspor”la ev oyunundan inamlı qələbə ilə ayrılaraq elitada qalıb. Renat bu görüşün 73-cü dəqiqəsində meydana buraxılıb.

Yığmamızın qapıçısı Şahruddin Məhəmmədəliyev isə mövsümün son matçında darmadağına üzülüb. Onun formasını geyindiyi “Adana Dəmirspor” son turda “Başakşəhər”i qəbul edib və 2:6 hesabıyla uduzub. Şahruddin 90 dəqiqə meydanda olub.

Türkiyə Super Liqası
38-ci tur
24 may

Alanyaspor – Antalyaspor 1:1
Qollar
: Hvanqa, 3 – Buksa, 80.

25 may

Fatih Karagümrük – Samsunspor 3:1
Qollar
: Markao, 42. R.Mendes, 50. G.Yalçın, 90+2 – S.Aydoğdu, 57.

Sivasspor – Kayserispor 2:1
Qollar
: Koita, 9. M.Çaktaş, 53 – Attama, 24.

26 may

Adana Dəmirspor – Başakşəhər 2:6
Qollar
: T.Aydoğan, 37-pen. S.Mendosa, 88 – Pyontek, 5; 13; 68-pen. B.Özcan, 40. Davidson, 44. Fiqeyredo, 90+1.

Fənərbaxça – İstanbulspor 6:0
Qollar
: Dzeko, 8-pen. Şimanski, 15. Tadiç, 35. Osayi-Samuel, 66. S.Dursun, 76. Kinq, 78.

Hatayspor – Rizəspor 2:0
Qollar
: Dele-Başiru, 4. Strandberq, 57.

Kasımpaşa – Beşiktaş 2:1
Qollar
: Da Kosta, 4. Y.Özcan, 61.

Konyaspor – Qalatasaray 1:3
Qollar
: Prip, 78 – İkardi, 29; 51. B.Kutlu, 53.

Pendikspor – Qaziantep 0:1
Qol
: O.Özçiçek, 33.

Trabzonspor – Ankaragücü 4:2
Qollar
: Vişça, 63. E.Destan, 87; 90; 90+7 – Xatsiyovanis, 25. Sou, 78.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button