
“Qalatasaray”da ayrılıq
Türkiyənin “Qalatasaray” klubu bir futbolçusu ilə vidalaşıb.
Komanda.az xəbər verir ki, İstanbul klubu Berkan Kutlu ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Türkiyə millisinin sabiq üzvü ilə mövsümün sonunda başa çatmalı olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. 27 yaşlı yarımmüdafiəçinin “Konyaspor”a keçəcəyi gözlənilir.
“Qalatasaray” Berkan Kutlunu 2021-ci ilin yayında “Alanyaspor”dan 4 milyon avroya transfer etmişdi. Futbolçu bu mövsüm “sarı-qırmızılar”ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



