“Qalatasaray” yeni transferini rəsmən açıqladı

Türkiyənin “Qalatasaray” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, İstanbul təmsilçisi Misirin “Zəmələk” klubundan Mustafa Məhəmmədi heyətinə qatıb.

Bu barədə “sarı-qırmızılar”ın mətbuat xidməti məlumat yayıb. Xəbərdə Mustafanın mövsümün sonuna kimi icarəyə götürülməsi ilə bağlı futbolçunun özü və klubu ilə danışıqlara başlanıldığı diqqətə çatdırılıb. Məhəmməd tezliklə Türkiyəyə gələrək tibbi müayinədən keçəcək və rəsmi müqaviləyə imza atacaq.

Klubun 23 yaşlı futbolçunu 1.5 illik icarəyə götürdüyü bildirilir. “Qalatasaray” bunun üçün qarşı tərəfə 2 milyon dollar ödəyəcək. Misirli futbolçunun müqaviləsində transfer hüquqlarını almaq bəndi də var. “Cim-bom” bunun üçün qarşı tərəfə əlavə 4 milyon dollar ödəməli olacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button