Ukraynalı müdafiəçi “Qalatasaray”a keçə bilər

Ukrayna millisinin və “Everton”un müdafiəçisi Vitali Mikolenko Türkiyə klubuna keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Qalatasaray” futbolçunu transfer etməkdə maraqlıdır. Türkiyəlilər müqaviləni qış transfer pəncərəsi zamanı başa vurmağa ümid edirlər.

Mikolenkonun “Everton”la müqaviləsinin müddəti gələn yay başa çatacaq. 26 yaşlı müdafiəçi bu mövsüm İngiltərə Premyer Liqasında 15 oyun keçirib və 4 sarı vərəqə alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button