“Fənərbaxça”ya 1 qol bəs etdi

Türkiyə Super Liqasında 33-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. “Kasımpaşa” doğma meydanda “Konyaspor”la üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qolla 1 xala razılaşıblar.

“Beşiktaş” səfərdə “Trabzonspor”la üz-üzə gəlib və məğlubiyyətlə üzləşib. “Antalyaspor” da “Yeni Malatyaspor”la ev oyununda darmadağına imza atıb.

33-cü turun mərkəzi görüşündə lider “Qalatasaray” “Başakşəhər”lə münasibətlərinə aydınlıq gətirib. “Sarı-qırmızılar” qalib gələcəyi təqdirdə, çempionluğunu elan edəcəkdi. Qarşılaşmada hesabı qonaqlar açsa da, sonda əzmkar qələbə əldə edən “Qalatasaray” sona bir tur qalmış çempionluğu rəsmiləşdirib. İstanbul klubu tarixində 22-ci dəfə Türkiyə çempionu olub.

Son oyun günündə iki görüş baş tutub. Elitada qalmaq uğrunda mübarizə aparan “Ankaragücü” doğma meydanda “Sivasspor” üzərində inamlı qələbə sayəsində Super Liqadakı yerini təmin edib. “Fənərbaxça” isə “Ərzurumspor”un qonağı olub və minimal hesabla qalib gəlib.

Türkiyə Super Liqası, 33-cü tur

17 may

Kasımpaşa – Konyaspor 1:1
Qol
: Ben Yussef, 56 – Ö.A.Şahiner, 25.

18 may

Antalyaspor – Yeni Malatyaspor 3:0
Qol
: H.Alpsoy, 45. M.Erdinc, 55; 65.

Trabzonspor – Beşiktaş 2:1
Qol
: F.Novak, 53. Y.Yazıçı, 77 – Kaqava, 74.

19 may

Akhisarspor – Kayserispor 2:2
Qol
: Reqattin, 37. Manu, 80 – Kravets, 61. Qyan, 90.

Bursaspor – Göztəpə 0:0

Alanyaspor – Rizəspor 1:1
Qol
: Sisse, 12 – Muriqi, 65-pen.

Qalatasaray – Başakşəhər 2:1
Qol
: Fequli, 47. Onyekuru, 64 – Bayiç, 17.

20 may

Ankaragücü – Sivasspor 3:1
Qol
: Saçko, 24. Boyd, 34. Kanteros, 50 – Braz, 61.

Ərzurumspor – Fənərbaxça 0:1
Qol
: Mozes, 59-pen.

Bombardir: Mbaye Diane (Qalatasaray) – 30 qol.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button