“Beşiktaş” 3 xalı 4 qolla qazandı

Türkiyə Super Liqasında 13-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub. Açılış matçında “Gənclərbirliyi” ilə “Yeni Malatyaspor” qarşılaşıb. Altı qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib.

Şənbə günü “Rizəspor” “Konyaspor”u, “Alanyaspor” isə “Ankaragücü”nü məğlub yola salıb. Lider “Sivasspor” “Kasımpaşa”nı qəbul edib və növbəti qələbəsini rəsmiləşdirib. “Fənərbaxça” İzmir səfərində “Göztəpə”nin qonağı olub. İstanbul klubu bu oyundan xal itkisi ilə ayrılıb.

Bazar günü daha üç qarşılaşma baş tutub. “Qaziantep” doğma meydanda “Dənizlispor”a uduub. “Başakşəhər” “Antalyaspor”la ev oyununda inamlı qələbəyə sevinib.

Turun mərkəzi görüşündə “Qalatasaray” “Trabzonspor”la münasibətlərinə aydınlıq gətirib. Bu qarşılaşmada tərəflər hərəyə 1 qolla 1 xal qazanıblar.

“Beşiktaş” isə bu turda “Kayserispor”u sınağa çəkib. İstanbul təmsilçisi bu oyunda darmadağına sevinib.

Türkiyə Super Liqası, 13-cü tur

29 noyabr

Gənclərbirliyi – Yeni Malatyaspor 3:3
Qol
: Sio, 52. Stanku, 76. Berisbek, 90+1 – Bifuma, 44. R.Yalçın, 85; 88.

30 noyabr

Rizəspor – Konyaspor 3:1
Qol
: O.Çağlayan, 3. A.Umar, 10. Yan, 74 – Miloşeviç, 11.

Sivasspor – Kasımpaşa 2:0
Qol
: H.Arslan, 10. Yatabare, 17.

Alanyaspor – Ankaragücü 5:0
Qol
: Bakasetas, 16; 85. Djalma, 24; 90+3; 90+6.

Göztəpə – Fənərbaxça 2:2
Qol
: Kastro, 7. A.Öztürk, 63-pen – S.Aziz, 44. G.Rodriqes, 68.

1 dekabr

Qaziantep – Dənizlispor 1:2
Qol
: Kayode, 54 – Berqdiç, 58. Sako, 85.

Başakşəhər – Antalyaspor 2:0
Qol
: Klişi, 60. Aleksiç, 63.

Trabzonspor – Qalatasaray 1:1
Qol
: Sorlot, 51 – Naqatomo, 90.

2 dekabr

Beşiktaş – Kayserispor 4:1
Qol
: Hatçinson, 20. G.Gönül, 30. B.Yılmaz, 41; 90+1 – Adebayor, 87.

Bombardir: Papiss Sisse (Alanyaspor), Adis Yahoviç (Yeni Malatyaspor) – 9 qol.