“Qalatasaray” fransalı futbolçu ilə maraqlanır

“Milan”ın yarımmüdafiəçisi Yussuf Fofana karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçunun transferində “Qalatasaray” maraqlıdır.

Fransalı yarımmüdafiəçinin “qırmızı-qaralar”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, cari mövsümün ilk yarısında “Milan”ın heyətində 20 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə verib.

“Qalatasaray”ın yay və ya qış transfer pəncərəsində Fofana üçün konkret addımlar atıb-atmayacağı yaxın vaxtlarda bəlli olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button