“Qalatasaray” Adanadan 1 xalla qayıtdı

Türkiyə Super Liqasında 8-ci tura start verilib.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma baş tutub.

“Kasımpaşa” “Qaziantep”lə ev oyunundan minimal hesabla qalib ayrılıb. Səfərdə “Ankaragücü” ilə qarşılaşan “Başakşəhər”, eləcə də “Kayserispor”un qonağı olan son çempion “Trabzonspor” bu turu qələbə ilə başa vurub. “Adana Dəmirspor”la “Qalatasaray”ın duelində isə qapılara qol vurulmayıb.

Türkiyə Super Liqası
8-ci tur

1 oktyabr

Kasımpaşa – Qaziantep 1:0
Qol: Çelina, 57.

Ankaragücü – Başakşəhər 1:2
Qol: T.Cigerci, 55-pen – Okaka, 3. D.Türüç, 81.

Kayserispor – Trabzonspor 1:2
Qol: Qavranoviç, 25 – Bakasetas, 78. U.Bozok, 83.

Adana Dəmirspor – Qalatasaray 0:0

2 oktyabr

15:30. Alanyaspor – Girəsunspor
15:30. Sivasspor – Hatayspor
18:00. Konyaspor – Ümraniyəspor
21:00. Beşiktaş – Fənərbaxça

3 oktyabr

21:00. Fatih Karagümrük – İstanbulspor

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button