Niderlandlı futbolçu İngiltərəyə gedir – Müqavilə üçün

Niderlandlı hücumçu Kodi Qakpo “Liverpul”la 6 illik müqavilə imzalaya bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə sözləşmənin bütün bəndləri haqqında razılıq əldə edilib. Öncədən müqavilənin məbləği 45 milyon avro olaraq dəyərləndirilirdi.

Yaxın saatlarda futbolçu müqaviləyə imza atmaq üçün İngiltərəyə gedəcək.

Qakpo Niderland millisinin heyətində DÇ-2022-də 5 oyuna çıxıb və 3 qol vurub.

O, bu mövsüm PSV-nin heyətində bütün turnirlər daxil olmaqla 24 oyuna çıxıb, 13 qol vurub və 17 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button