Avropa çempionatı: Azərbaycan millisi Bosniya və Herseqovinaya da uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Vüqar Əliyevin rəhbərlik etdiyi kollektiv A qrupundakı ikinci matçında Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Voleybolçularımız bu oyunda da hər 3 setdən məğlub ayrılıblar.

Azərbaycan yığmasının heyətində Ayşən Abduləzimova, Olena Xarçenko, Kseniya Pavlenko, Yana Doroşenko, Kristina Besman, Şəfaqət Alışanova, Nilufər Ağazadə, Anastasiya Mertsarova, Mariya Kirilyuk, Marqarita Stepanenko, İlhamə Əliyeva, Bəyaz Alıyeva, Yuliya Kərimova və Anastasiya Bayduk çıxış edəcəklər.

Azərbaycan millisi ilk oyunda Belçikaya uduzub – 0:3.

Avropa çempionatı

21 avqust

A qrupu

Azərbaycan – Bosniya və Herseqovina 0:3 (14:25, 23:25, 17:25)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button