“Bu cür oyunlarda xarakter nümayiş etdirmək lazımdır” – Azərbaycan yığmasının çalışdırıcısı

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Çexiyaya qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, Əsgərov, 0:3 hesabıyla məğlub olduqları görüşü belə şərh edib:

“Təxminən eyni gücdə olan iki rəqiblə oyun keçirdik. Bu cür komandalara qarşı oynamaq fiziki güc tələb edir. Pandemiya ilə əlaqədar oyunlara bir ay qalmış məşqlərə başlamışıq. Belə rəqiblərlə oyunlarda hücuma çıxmaq çox çətindir. Çünki rəqib bizə oynamağa imkan vermirdi. Bu cür oyunlarda xarakter nümayiş etdirmək lazımdır. Komandam hər iki oyunda məğlub olmasına baxmayaraq, xarakter nümayiş etdirdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button