Xavinin keçmiş klubundan yeni transfer

“Portu”nun yarımmüdafiəçisi Mateus Uribe Qətərin “Əl-Sədd” klubuna keçib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, komandaya azad agent kimi qoşulub.

Kolumbiyalı 2022/23 mövsümündə Portuqaliya təmsilçisinin heyətində 50 oyuna çıxıb, beş qol vurub və iki məhsuldar ötürmə edib.

Xatırladaq ki, “Barselona”nın baş məşqçisi Xavi 2019-2021-ci illərdə “Əl-Sədd”in “sükanı arxasında” olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button