“Qərarımdan heç vaxt peşman olmamışam” – Roys

Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Marko Roys karyerası ilə bağlı açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı forvard, 2015-ci ildə bir çox klublardan təklif aldığını deyib:

“Barselona”, PSJ, “Arsenal”, “Mançester Yunayted”, “Mançester Siti” və “Milan” kimi klublardan təklif almışdım. Bu klublar uzun müddət məni transfer etməyə çalışdı. Əlbəttə ki, bu təkliflər haqqında düşündük, amma sonda burda qalmağa qərar verdim.

Qərarımdan heç vaxt peşman olmamışam. Mən bura aidəm. “Borussiya” mənim klubumdur. Bu klubla Bundesliqanı qazanmaq və Çempionlar Liqasında final oynamaq istəyirəm”.

Roys 2012-ci ildən “Borussiya”nın əsas komandasında forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button