“Qələbələr nə qədər çox olsa, bir o qədər yaxşıdır”

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov bu gün Birləşmiş Ərəb Əmirlikləri yığmasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:0 hesablı qələbə qazandıqları matçdan sonra bunları söyləyib:

“Təlim-məşq toplanışımız başa çatdı. Sevindirici haldır ki, bu hazırlıqdan maksimum istifadə edə bildik. İkinci oyunda əsasən az şans qazanan futbolçuları meydana buraxdım. Komandanın oyunundan razı qaldım, hansısa futbolçunu xüsusi fərqləndirmək istəməzdim. Komandanın bütün üzvlərinə təşəkkür edirəm. Monteneqro ilə oyunu da nəzərə alsaq, ardıcıl üç oyundan meydanı qalib tərk edirlər. Əlbəttə, bu cür qələbələr nə qədər çox olsa, bizim üçün bir o qədər yaxşıdır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button