Qədirzadənin komandasından ardıcıl 5-ci məğlubiyyət

Futbol üzrə Gürcüstan çempionatında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı müdafiəçi İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Tiflis “Lokomotiv”i ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 3:4.

İbrahim də bu görüşün iştirakçısı olub. 21 yaşlı müdafiəçi 68-ci dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Samtrediya” Gürcüstan çempionatında 5 turdan sonra hələ xal hesabını aça bilməyib və 10 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button