Qədirzadəli “Samtrediya” 1/8 finala buraxılmadı

Futbol üzrə Gürcüstan kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu İbrahim Qədirzadənin formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Bolnisi” ilə qarşılaşıb. Dörd qolun qeydə alındığı oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Əlavə vaxtda daha iki qol vuran “Bolnisi” mərhələ adlayan tərəf olub.

İbrahim də bu görüşün iştirakçısı olub. O, 75-ci dəqiqədə meydana buraxılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button