“Qəbələ”nin legioneri “50”yə çatdı

İsnik Alimi “Qəbələ”də 50-ci oyununu keçirib.

Komanda.az xəbər verir ki, Şimali makedoniyalı yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının 15-ci turuna təsadüf edib.

“Sumqayıt”la səfərdəki matç onun üçün “qırmızı-qara” forma ilə 50-ci olub.

1:1 hesabı ilə nəticələnən qarşılaşmada hesabı da İsnik açıb. Bu, onun “Qəbələ”də 17-ci qolu olub.

Alimi Premyer Liqada 42 (14 qol), Azərbaycan kubokunda 6 (3 qol), avrokuboklarda 2 dəfə “qırmızı-qaralar”ın heyətində şans qazanıb.

Yarımmüdafiəçinin bu komandada debütü 2021-ci il avqustun 15-də “Neftçi” ilə səfərdəki çempionat görüşünə (2:2) təsadüf edib. O, “Qəbələ”nin tarixində 50 və daha çox oyun keçirən 53-cü futbolçudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button